English version Azeri version  
Ana səhifə FAQ Linklər Bizə yazırlar Saytın xəritəsi
Xəbərlər
17 yanvar 2011   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən Tvinninq Layihəsinə həsr olunmuş Rəhbər Komitənin 1-ci iclası

17 yanvar, 2011-ci il tarixində Tvinninq layihəsinin "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının  yaxşılaşdırılması vasitəsilə sosial müdafiə siyasətinin təsirliliyinin və səmərəliliyinin artırılması” adlı Rəhbər Komitəsinin 1-ci iclası keçirilmişdir.
  
Görüşdə Benefisiar Layihə Rəhbəri Vüqar Həsənov, Üzv Dövlətin (ÜD) Layihə Rəhbəri cənab Philipp Savage, ÜD Layihə Direktoru cənab Frederic Sansier, AİN Layihə Meneceri cənab Christophe Casillas, RTM cənab Andrey Tretyak, BÖ-nin  Layihə Komponentinin üç Rəhbəri, Tvinninq və ITTSO layihələrinin digər ekspertləri iştirak etmişdir.

Görüş, layihənin həyata keçirilməsinin birinci rübünün (30 noyabr 2010-01 sentyabr) müzakirəsi və qiymətləndirilməsinə, həmçinin növbəti rübün planlaşdırılmasına həsr olunmuşdur. Iş planına uyğun olaraq 1.1 saylı "Strateji Planlaşdırma" alt-komponenti müvəffəqiyyətlə həyata keçirilmiş və 1.2 saylı "Potensialının Gücləndirilməsi” alt-komponentinin bəzi fəaliyyətləri uyğun olaraq əvvəlcədən başlanmışdır. Layihənin başlanğıc mərhələsində üç Qısa Müddətli Ekspertin iştirakı ilə Azərbaycana yeddi missiya təşkil olunmuşdur. Avropalı ekspertlər ƏƏSMN uzunmüddətli ehtiyaclarına dair statistik üsullardan istifadəyə diqqət yönəltmiş, "Strateji plan" üzrə işçi qrup müəyyən edilmiş, Azərbaycanda Fransız həmkarların təcrübəsinin tətbiq edilmə dərəcəsi təhlil edilmişdir. Həmçinin 19 nümayəndənin iştirak etdiyi ƏƏSMN-nin iki seminarı və beş rəsmi nümayəndənin iştirakı ilə Fransaya təlim səfəri təşkil edilmişdir.

Şəkil: (soldan sağa) AİN Layihə Meneceri, cənab Christophe Casillas; ÜD Layihə Rəhbəri, cənab Philipp Savage; RTM, Andrey Tretyak; Tərcüməçi, xanım Kəmalə Əhmədova; RTM assistenti cənab Əfqan Feyziyev

Qısa Müddətli Ekspert cənab François Durinin iştirakı ilə sosial hesabatın yaxşılaşdırılması nöqteyi nəzərindən beynəlxalq və Aİ təcrübəsini təqdim və müzakirə edən "Avropa və Fransız siyasətinin təhlilinin nəticələrinin Azərbaycanlı tərəfdaşlara təqdim olunması" fəaliyyəti çərçivəsində ilk  seminar təşkil edilmişdir.

Qısa Müddətli Ekspert xanım Nicole Roth tərəfindən həyata keçirilən ikinci seminar “aktuar hesablamalar, məlumatın təhlili, proqnozlaşdırılması, monitorinq, qiymətləndirmə, sosial büdcə və strateji planlaşdırma sahələrində ƏƏSMN ehtiyaclarının müəyyənləşdirilməsi” hesabatına həsr olunmuşdur.

2-9 noyabr, 2010-cu il tarixində Fransa təlim səfərinin  məqsədi aktuar hesablamalar, məlumatın təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcə və strateji planlaşdırma sahəsində Fransız təcrübəsinin təhlil edilməsi idi. Təlim səfəri zamanı ƏƏSMN nümayəndələri Sosial İşlər Nazirliyinin iki direktorluğunu - Ailə Dəyərlərinin Milli Fondu, Milli Tədqiqat Mərkəzinin Lyon filial və  İT İnkişafı, Ailə Dəyərləri Fondunun Lyon filialına ziyarət etmişdirlər. Layihənin digər sahələri ilə birgə fəaliyyət yaratmaq üçün əsas ÜD ekspertləri təlim səfərinin hazırlanması və həyata keçirilməsində yaxından iştirak etmişdirlər. 

Təlim səfərinin daxili qiymətləndirilməsinin nəticəsi bütün layihə komponentlərinin həyata keçirilməsinin əsas əhəmiyyətini nümayiş etdirmişdir.

Şəkil: (soldan sağa) İT Bölməsinin  Müdiri 3-cü Komponent Rəhbəri, cənab Məmməd Aslanov; Əmək və Sosial Problemlərin Elmi Tədqiqat və Təlim Mərkəzinin Direktoru 2-ci Komponent  Rəhbəri xanım Məsumə Məmmədova; Kadrlar Siyasəti və Demoqrafiya Şöbəsinin Mütəxəssisi 1-ci Komponent Rəhbəri xanım Aidə Şərifova; BÖ Layihə Rəhbəri, cənab Vüqar Həsənov

Hər iki Tvinninq tərəfdaşı layihənin başlanğıc dövrünü uğurlu hesab etmişdirlər.

Bütün xəbərlər


Implemented by the
International Management Group
The contents of this website is the sole responsibility of PAO and can in no way be taken to reflect the views of the
European Union and International Management Group
Funded by the
European Union
 

© Proqram İdarəetmə Qurumu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, 
 Ü. Hacıbəyov küçəsi 40, Hökumət Evi, 6-cı mərtəbə, AZ 1016, Bakı şəhəri, Telefon: (+994 12) 493 8867 , (+994 12) 597 0786,
e-poçt: 
 ruslan.rustamli@economy.gov.az

Son yenilənmə tarixi: 24 Feb 14 15:46