English version Azeri version  
Ana səhifə FAQ Linklər Bizə yazırlar Saytın xəritəsi
Xəbərlər
26 iyul 2011   Həssas Ailə, Qadın və Uşaqların Hüquqlarının Müdafiəsi və Təşviq edilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İmkanlarının gücləndirilməsi adlı Tvinnin

25 iyul, 2011-ci il tarixində Hyatt Regency mehmanxanasının Konfrans zalında “Həssas Ailə, Qadın və Uşaqların Hüquqlarının Müdafiəsi və Təşviq edilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininİmkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin təqdimat görüşü keçirilmişdir. Milli Məclis, dövlət orqanları, QHT və beynəlxalq təşkilatların 80 rəsmisi bu görüşdə iştirak etmişdir.
Tədbiri Aİ-nın nümayəndə heyətini təmsil edən cənab Nicholas Evangelou açıq elan etdi. Cənab Evangelou iştirakçıları salamlayaraq Aİ və Azərbaycan arasında əməkdaşlıq aləti olan Tvinninq layihəsinin başlanması münasibəti ilə Komitəni təbrik etdi və ona uğurlar arzuladı.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri, BÖ Layihə Rəhbəri xanım Hicran Hüseynova layihənin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bu əməkdaşlıq layihəsinin  səmərəli nəticələr verəcəyini bildirdi.
ÜD Layihə Rəhbəri xanım Marie Keirle və RTM cənab Alain Laferte layihənin gözlənilən nəticələri və Tvinninq layihəsi çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər barədə təqdimatla çıxış etmişdir.
Layihənin əsas eksperti xanım Fransua Guyot, məişət zorakılığı ilə məşğul olan milli siyasətin təşkili zamanı qanunvericilikdə aparılan dəyişikliklərdən kənara çıxmağın zəruriliyini vurğuladı.
Gender Bərabərliyi və Ailə Məsələləri üzrə İdarələrarası nümayəndə xanım Sabine Fourcade Komitənin və Fransa Sosial Birliyi Baş Direktorluğunun üzləşdiyi ümumi problemlərdən danışdı və Direktorluğun bu layihənin ən yaxşı nəticələrə nail olmasını həmişə dəstəkləyəcəyini bildirdi.

Bütün xəbərlər


Implemented by the
International Management Group
The contents of this website is the sole responsibility of PAO and can in no way be taken to reflect the views of the
European Union and International Management Group
Funded by the
European Union
 

© Proqram İdarəetmə Qurumu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, 
 Ü. Hacıbəyov küçəsi 40, Hökumət Evi, 6-cı mərtəbə, AZ 1016, Bakı şəhəri, Telefon: (+994 12) 493 8867 , (+994 12) 597 0786,
e-poçt: 
 ruslan.rustamli@economy.gov.az

Son yenilənmə tarixi: 07 Jul 14 06:44