English version Azeri version  
Ana səhifə FAQ Linklər Bizə yazırlar Saytın xəritəsi
 
 

 Ana səhifə

 
 Avropa İttifaqının (Aİ) Azərbaycanda Twinnig, TAİEX və SİGMA internet saytına xoş gəlmişsiniz.

Aİ-nin hazırkı genişlənmə prosesində öz müvəffəqiyyətlərini sübut etmiş Twinning, TAİEX və SİGMA alətləri Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Azərbaycana da təqdim edilir. 

Tvinninq Aİ-yə üzv olan dövlətin qurumu ilə Azərbaycanın müvafiq dövlət qurumu arasında orta müddəti 24 ay olan tərəfdaşlıq formasıdır.

Azərbaycan kontekstində Twinning ölkə üçün həlledici strateji əhəmiyyətə malikdir. Çünki, o, ölkəmizdə Aİ qanunvericiliyinin müvafiq hissələri və ən mütərəqqi siyasətinin tətbiqində dövlət qurumları üçün zəruri olan müasir və effektiv inkişaf prosesinə dəstək göstərməklə, Hökumətin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS), habelə AQS Fəaliyyət Planını icra etməsinə yardım göstərəcəkdir.

Bununla yanaşı TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) və SİGMA (Düvlət Qurumlarının Idarəedilməsnin Təkmilləşdirilməsinə Dəstək) qısa vaxt ərzində tətbiq edilən bir al
ətlər kimi qısamüddətli ekspert missiyaları, seminarlar və təlim səfərləri vasitəsilə Aİ Üzv Dövlətinin malik olduğu mütərəqqi təcrübəni bizə çatdırmaq məqsədini güdür.

Hal-hazırda yuxarıda göstərilən Aİ yardımı yeni alətlərinin ümumi əlaqələndirilməsi məqsədilə bizim Nazirliyin nəzdində Tvinninq Proqramını İdarəetmə Qurumu (PİQ) yaradılmışdır. Həmin qurumun fəaliyyəti Aİ-nin maliyyələşdirdiyi xüsusi İTTSO (Azərbaycanda Twinning, TAİEX və SİGMA Əməliyyatlarının Tətbiqi) layihəsi tərəfindən dəstəklənir.


Bu internet sayt ilə tanış olduqca Azərbaycanda Twinning,  TAİEX və SIGMA Əməliyyatlarının ölkəmizin imkanlarını genişləndirməklə, onun Aİ yardımından, xüsusilə də İnstitusional Twinning, TAİEX və SIGMA proqramlarından ən yaxşı şəkildə istifadə etməsi üçün nə dərəcədə rol oynadığı haqqında ətraflı məlumat alacaqsınız.

 


 
Bu internet saytı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir
Bu yayıımın məzmunu PİQ-in məsuliyyətinə daxildir və Avropa İttifaqının mövqeyini əks etdirməyə bilər

© Proqram İdarəetmə Qurumu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, 
 Ü. Hacıbəyov küçəsi 40, Hökumət Evi, 10-cu mərtəbə, AZ 1016, Bakı şəhəri, Telefon: (+994 12) 493 8867 , (+994 12) 597 0786,
e-poçt:
itto@azeurotel.com; itto.office@twinning.az 

Son yenilənmə tarixi: 04 Sep 10 06:39